Azərbaycanlıların biri Bakıdan, digəri Sumqayıtdandır…
Azərbaycanlıların biri Bakıdan, digəri Sumqayıtdandır.
Suriyada daha iki Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, ölənlər “İraq Şam İslam Dövləti” silahlı qruplaşmasının tərkibində vuruşan “Həsən Azəri” və “Abdul Mətin” ləqəbli Azərbaycan vətəndaşlarıdır.
Mücahidlər hər iki şəxsin fotosunu da yayıblar.
Məlumatda “Abdul Mətin” ləqəbli döyüşçünün Elşad adlı Sumqayıt şəhər sakini olduğu qeyd olunub.
“Həsən Azəri”nin isə kimliyi açıqlanmasa da, onun Bakı şəhər sakini olduğu bildirilir.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
/oxu.az/