Surqut aeroportuna Fərman Salmanovun adı verilib

Rusiya Prezidenti Vladimir Putin aeroportlara ölkənin görkəmli şəxsiyyətlərinin adlarının verilməsi barədə Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, Rusiyanın Surqut aeroportuna Sibir neft yataqlarını kəşf etmiş əfsanəvi geoloq, soydaşımız Fərman Salmanovun adı verilib.

Xatırladaq ki, “Rusiyanın dahi adları” müsabiqəsi ötən il keçirilib. Rusiyalılar 47 aeroporta dahi şəxsiyyətlərin adlarının verilməsi üçün səsvermədə iştirak ediblər.

AZƏRTAC