Türkiyə müxalifəti Xocalı faciəsini soyqırım kimi qəbul etməyi tələb edib

Türkiyədə müxalifətdə olan Böyük Birlik Partiyasının sədri Mustafa Dəstəçi ölkənin Böyük Millət Məclisindən (TBMM) Xocalı faciəsinin soyqırım kimi qəbul olunmasını tələb edib…

Türkiyədə müxalifətdə olan Böyük Birlik Partiyasının sədri Mustafa Dəstəçi ölkənin Böyük Millət Məclisindən (TBMM) Xocalı faciəsinin soyqırım kimi qəbul olunmasını tələb edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin “Bu gün ” qəzeti xəbər verib.

M.Dəstəçi bildirib: “Türkiyə Böyük Millət Məclisi 2014-cü ildə Xocalı faciəsini soyqırım kimi qəbul etməlidir “.

O qeyd edib ki, Azərbaycan türklərinə qarşı edilən bu vəhşilik yaddaşlardan silinməyəcək.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

/Trend/