Türkiyədə keçirilən bələdiyyə seçkilərində 70-dən çox vilayətdə bələdiyyə sədrləri müəyyənləşib…
Türkiyədə keçirilən bələdiyyə seçkilərində 70-dən çox vilayətdə bələdiyyə sədrləri müəyyənləşib.
Trend Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, qeyri-rəsmi nəticələrə görə, 76 vilayətdə bələdiyyə sədrləri müəyyən olunub.
48 vilayətdə hakim Ədalət və İnkişaf partiyasının (AKP), 11 vilayətdə Cümhuriyyət Xalq Partiyasının (CHP), 9 vilayətdə Sülh və Demokratiya Partiyasının (BDP), 7 vilayətdə isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) namzidələri qalib gəlib.
Müstəqil namizədin qələbə qazandığı yeganə vilayət Mardin olub.
/Trend/