Türkiyə ermənilərə yardım etməyə hazırdır – BƏYANAT

“Ölkəmizə gəlmək istəyirlərsə, xoş gəlib, səfa gətirərlər”…

“Ölkəmizə gəlmək istəyirlərsə, xoş gəlib, səfa gətirərlər”.

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Suriyanın əsasən ermənilər yaşayan Kəssab bölgəsində atışmaların güclənməsində Türkiyənin hər hansı müdaxiləsinin olmadığını açıqlayıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyə KİV-in verdiyi məlumata görə, Davudoğlu insani məsələlər müzakirə mövzusu olduqda Türkiyənin heç bir etnik və dini ayrı-seçkilik göstərməyəcəyini qeyd edib.

Nazir bəzi çevrələrin qəsdən Türkiyənin orada qarşıdurmaya dəstək verməsi ilə bağlı şayiələr yaydığını vurğulayıb.

Davudoğlu Suriyada yaşayan ermənilərin sıxıntı ilə qarşılaşacaqları halda Türkiyə torpaqlarına gələ biləcəklərini deyib:

“Hər cür yardım etməyə hazırıq. Xüsusilə də erməni toplumuna səslənmək istəyirəm, heç bir təxribat xarakterli şərhlərə aldanmasınlar. Türkiyə erməni camaatının da içərisində olduğu çox mədəni ölkədir. Kəssabdan və ya başqa bir yerdən ermənilər Türkiyəyə gəlmək istəyirlərsə xoş gəlib, səfa gətirərlər”.

www.oxu.az