Türkiyə Silahlı Qüvvələrinin Təlim Qrupu Azərbaycanda qərargah və komanda heyətinə təlim keçəcək

Türkiyə Silahlı Qüvvələrinin Təlim-Tədris Komandanlığının Komanda-Qərargah Zabitləri Təlim Qrupu fevralın 3-də Bakıya gələcək…

Türkiyə Silahlı Qüvvələrinin Təlim-Tədris Komandanlığının Komanda-Qərargah Zabitləri Təlim Qrupu fevralın 3-də Bakıya gələcək.

 

APA-nın məlumatına görə, Komanda-Qərargah Zabitləri Təlim qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qərargah və komanda heyətinə təlim keçiriləcək.

 

Təlim bir həftə davam edəcək.

 

APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, yaxın aylarda Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana komandanlar səviyyəsində bir sıra səfərlər planlaşdırılır.

/Apa/