Türkiyə şirkəti Azərbaycan Silahlı Qüvvələri üçün «Anka» pilotsuz uçuş aparatının təqdimatını keçirib

Azərbaycan «Anka»nın silahlı versiyası ilə də yaxından maraqlanır…

Azərbaycan «Anka»nın silahlı versiyası ilə də yaxından maraqlanır

Azərbaycan Türkiyənin TAİ şirkəti tərəfindən istehsal olunan «Anka» pilotsuz uçuş aparatının (PUA) texniki imkanlarını öyrənir.

 Bu barədə APA-ya TAİ şirkətindən məlumat verilib.

 

Türkiyədə layihə üzrə işlər yekunlaşdıqdan sonra Azərbaycan tərəfi qiymətləndirmə apararaq, PUA-nın şəraitə uyğunluğunu öyrənəcək. Bundan sonra alğı-satqı məsələsi ilə bağlı tərəflər arasında görüş keçiriləcək.

 

Hazırda istehsalçı şirkət PUA-nın havada qalma müddətinin 24 saata çatdırılması istiqamətində işlər aparır.

 

Azərbaycan tərəfi eyni zamanda «Anka»nın üzərində işlər aparılan silahlı versiyası ilə də yaxından maraqlanır. Hər iki modifikasiya barədə dekabr ayında TAİ şirkətinə səfər edən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətinə məlumat verilib.

 

Qeyd edək ki, bu gün Bakıda TAİ şirkətinin nümayəndələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri üçün «Anka»nın təqdimatı keçirilib.

 

Azərbaycan mütəxəssislərinin sualları cavablandırılıb.

 

Apa.az