Ukraynanın xarici işlər nazirinin müavini Daniil Lubkivski Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüb…
Ukraynanın xarici işlər nazirinin müavini Daniil Lubkivski Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli ilə görüşüb. Trend-in məlumatına görə, burədə “Ukrinform ” Ukrayna XİN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.
Lubkovski 2014-cü il martın 27-də BMT Baş Assambleyasının müvafiq qətnaməsinə səsvermə zamanı Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
Tərəflər suverenliyə, ərazi bütövlüyünə, eləcə də beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığına dair müvafiq beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinin vacibliyini qeyd ediblər.
Mövcud strateji tərəfdaşlıq mexanizmləri çərçivəsində ikitərəfli siyasi dialoqun fəallaşmasına qarşılıqlı hazırlıq təsdiqlənib. Diqqətin əsas sahələr üzrə konkret layihələrin reallaşması, eləcə də yeni perspektivli əməkdaşlıq yollarının axtarışına cəlb edilməsi barədə razılıq əldə olunub.
/trend/