“Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”…
“Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik may ayında Azərbaycan-Amerika və Ermənistan-Amerika icmaları ilə görüşəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, amerikalı həmsədr Uorlik bu barədə öz Twitter səhifəsində qeyd edib.
Həmsədr icmalarla görüşmək üçün səbirsizləndiyini bildirib:
“May ayında Los-Ancelesdə Hyustonda Azərbaycan-Amerika və Ermənistan-Amerika cəmiyyəti ilə görüşəcəyik. Görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”.
/Oxu.az/