Soyqırımçılar və iradəlilər

Soyqırımçılar və iradəlilər

Soyqırım – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir.

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

 

• Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün hər cür vasitəyə əl atdı. Ermənilərin bu insanlığa sığmayan cəza tədbirini hərtərəfli planlaşdırılmış və yeganə bir məqsədlə törədilmişdir oda Xocalının dinc sakinlərinın milli mənsubiyyətini qismən və ya tamamilə məhv etmək olmuşdur. Hücum zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanmış, 1275 nəfər girov götürülmüş və insanı alçaldan işgəncələrə məruz qalmışdır, 150 nəfərin taleyi hələ də məlum deyildir. 8 ailə tamamilə məhv edilmişdir. Bu rəqəmlər tük ürpədici rəqəmlərdir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülmüş, işgəncələrə məruz qalmış və şikəst edilmişlər. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olmüşdür. Ermənilərin Xocalı şəhərini hədəfə alaraq öz çirkin məqsədlərini birdaha ispat etmiş oldularMəqsəd nədən ibarət idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitə ilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırım” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Bildiyiniz kimi BMT-nin təhlükəsizlik şurası tərəfindən dörd qətnamə qəbul olunmuşdur bunlar

• BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi

• BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il 853 saylı Qətnaməsi

• BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi

• BMT-nin Təhlükəsizlik Şurasının 12 noyabr 1993-cü il tarixli 884 saylı Qətnaməsi

Bu soyqırım onu da dünyaya sübut etdi ki, Azərbaycan xalqı necədə dözümlü iradəli və inadkardı. Bu soyqırım nəticəsidə insanlar bir-birinin ətrafında daha da sıx və dəyərli dəyərlərə önəm verərək yaşamağı və inkişaf etməyə davam etdilər. Və bunun nəticəsi olaraq bu gün Azərbaycan dünyada istər siyasi, istər iqtisadı cəhətdən çox zəngin və toxunulmaz sərvət və dəyərlərə sahiblik edir. Hər bir çətinliyi dəff etməyə qadir olan yenilməz ordusu var. Bu gün ki güclü azərbaycanada belə qüdrətli olmağınada 1992-ci il fevralın 26 soyqırımı təkan vermişdi.

Hal-hazır kı azərbaycanın apardığı siyasət çoxşaxəli və məqsəd yönümlüdür.Hamımız inanırıq kı.bu çirkin əməllərə cavab verə biləcək insanlar var. Və onların cavab verəcəyi gün çox yaxındadır.

 

İsazadə Səbuhi.