Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək…
Uçuşlar həftədə bir dəfə yerinə yetiriləcək.
Ukraynanın “Dnepravia” şirkəti iyun ayında bu ölkənin Xarkov şəhərindən Bakıya birbaşa aviareyslər həyata keçirəcək.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu “Dnepravia” şirkətinin kommersiya və inzibati məsələlər üzrə direktoru Serqey Posılayevbildirib.
Qeyd edilən istiqamət üzrə aviauçuşlar həftədə bir dəfə yerinə yetiriləcək.
Xatırladaq ki, Ukraynanın “UTair-Ukraine” aviaşirkəti Xarkov-Bakı-Xarkov marşrutu üzrə birbaşa uçuşları mart ayından dayandırıb.