XİN: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir

“Nailiyyətlərimiz göz qabağındadır”…

“Nailiyyətlərimiz göz qabağındadır”.

İsrail hökumətinin Terrorla Mübarizə üzrə Qərargahı Pesax bayramı ərəfəsində vətəndaşlarını Azərbaycana səfər etməkdən çəkinməyə çağırıb.

Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, “İzRus” portalına istinadən verilən xəbərə görə, İsrail Milli Təhlükəsizlik Şurasının tərkibinə daxil olan bu qərargahın yaydığı məlumatda ümumilikdə vətəndaşlarına 20-dən artıq ölkəyə səfər etməmək tövsiyə olunur.

Bu siyahıda postsovet respublikalarından yalnız Azərbaycanın adı var. İsrail vətəndaşlarını həmçinin Çeçenistana səfər etməkdən çəkinməyə çağırıb.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məsələ ilə bağlı Gün.Az-a bildirib ki, Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biridir.

“Bu gün təkcə ölkəmizin paytaxtına deyil, onun ən ucqar rayonlarına belə xarici turistlər rahatlıqla səfər edib, geri qayıtdıqdan sonra isə səfərlə bağlı öz yüksək təəssüratlarını bölüşürlər.

Bu isə yerli və xarici turistlərin rahat şəkildə səfər etmək imkanlarını göstərir. Azərbaycanın təhlükəsizlik sahəsində əldə etdiyi nailiyyətlər göz qabağındadır”, – XİN rəsmisi deyib.

www.oxu.az