Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti Xocalı soyqırımı faktını pisləyib və beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan bütün səyləri göstərməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib…
Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti Xocalı soyqırımı faktını pisləyib və beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mümkün olan bütün səyləri göstərməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev bildirib.
“İƏT, həmçinin bir daha Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib “, – Abdullayev deyib.
Onun sözlərinə görə, belə bir beynəlxalq nüfuzlu təşkilatın mövqeyi Azərbaycan üçün vacibdir və rəsmi Bakı İƏT üzvü olan ölkələrin dəstəyini yüksək qiymətləndirir.
Abdullayev qeyd edib ki, İƏT sammitinin qəbul etdiyi qətnamə habelə üzv ölkələri Xocalı soyqırımını tanımağa çağırır.
/Trend/