Niderland Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Trend-in məlumatına görə, bunu Niderlandın xarici işlər naziri Frans Timmermans Bakıda azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib…
Niderland Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Trend-in məlumatına görə, bunu Niderlandın xarici işlər naziri Frans Timmermans Bakıda azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıya cari səfər Niderland üçün çox vacibdir və ölkələrin səmərəli əməkdaşlıq edə biləcəyi bir çox sahə mövcuddur: “Niderland üçün Azərbaycan-Avropa İttifaqı münasibətləri də əhəmiyyət kəsb edir. Çünki həmin münasibətlər ikitərəfli əlaqələrdə yeni era açır “.
F.Timmermans qeyd edib ki, Azərbaycan Haaqada Nüvə təhlükəsizliyi sammitində iştirak etməyə dəvət olunub və ölkə mərasimdə iştirak etməyə razılıq verib: “Azərbaycan dünyada nüvə təhlükəsizliyinə öz töhfəsini verə bilər “.
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında yaxşı münasibətlər mövcuddur: “İki ölkə arasında danışıqlar zamanı vacib mövzulardan biri enerji sahəsində əməkdaşlıq olub “.
Qeyd edək ki, 2014-cü il martın 24-25-də Haaqada keçiriləcək III Nüvə təhlükəsizliyi sammitinin əsas mövzusu nüvə terrorçuluğu və nüvə materiallarının qaçaqmalçılığına qarşı mübarizə olacaq.
/Trend/