Zakir Həsənov ISAF əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində görüşdə iştirak edəcək

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçika Krallığına yola düşüb…

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belçika Krallığına yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə müdafiə nazirləri səviyyəsində fevralın 27-də keçiriləcək növbəti görüşdə iştirak etməkdir.

Görüş zamanı Əfqanıstanda aparılan ISAF əməliyyatlarının gedişatı, 2014-cü ildən sonra NATO-nun Əfqanıstanda həyata keçirəcəyi Qətiyyətli Dəstək missiyasının planlaşdırılması prosesi və digər cari məsələlər üzrə müzakirələrin aparılması nəzərdə tutulub.

/Trend/