Zakir Həsənov Qarabağ müharibəsi veteranına vəzifə verdi

Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb…

Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə bir müddət öncə Şəmkir korpusunun Qərargah rəisi təyin edilən Xəqani Cəbrayılova yeni vəzifə verilib.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, cəbhənin Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə bir neçə gün əvvəl 4 hərbçinin ölümü ilə nəticələnən mina partlayışından sonra əraziyə səfər edən Zakir Həsənov toplantı keçirib. 

Z.Həsənov cəbhədən Bakıya dönən kimi isə adıçəkilən korpusun komandanlığında ciddi dəyişiklik edilməsinə dair əmr imzalayıb. Nazir Xəqani Cəbrayılovu Beyləqan korpusunun Qərargah rəisi təyin edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, X.Cəbrayılov həqiqətən də adıçəkilən hərbi birləşmənin Qərargah rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Xəqani Sərdar oğlu Cəbrayılov cəbhə yoldaşları arasında nümunəvi döyüşçü kimi tanınıb. 90-cı illərdə müharibə bölgəsində böyük döyüş təcrübəsi keçib.

O, Ali Baş Komandan – dövlət başçısı tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə “İgidliyə görə” medalı ilə də təltif edilib.

www.oxu.az