Ərdoğan Əliyevə verdiyi sözü tutdu

Qarabağ problemi NATO-da…

Qarabağ problemi NATO-da.

Bu gün NATO liderləri ilə görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana verdiyi vədin üstündə durub.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, NATO zirvəsində çıxış edən Ərdoğan təşkilatın Azərbaycana verdiyi vədləri yerinə yetirməli olduğunu vurğulayıb.

Dövlət başçısı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu qeyd edib.

Xatırladaq ki, bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyə prezidenti dövlət başçısı İlham Əliyevlə görüşündə də NATO-nun zirvə toplantısında təşkilatın Azərbaycana verdiyi vədləri yerinə yetirməsi ilə bağlı çıxış edəcəyini qeyd etmişdi.

www.oxu.az