Ərdoğandan ermənilərə 9 dildə “1915-ci il” mesajı

“Türkiyə gələcəyə inamla baxan bir ölkə olaraq…”….

“Türkiyə gələcəyə inamla baxan bir ölkə olaraq…”.

Erməni vətəndaşlarımız və dünyadakı bütün ermənilər üçün xüsusi bir məna daşıyan 24 aprel tarixi bir məsələyə bağlı düşüncələrin azadca paylaşılması üçün qiymətli bir fürsət təqdim edir. Osmanlı İmperatorluğunun son illərinin hansı dini və etnik biliklərə olursa olsun, Türk, Kürd, Ərəb, Erməni və digər milyonlarla Osmanlı vətəndaşı üçün ağrılarla dolu çətin bir dövr olduğu danılmazdır.

Oxu.Az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan1915-ci ildə baş verdiyi iddia olunan və hər il dünya ermənilərinin aprelin 24-nü il dönümü kimi qeyd etdikləri qondarma “erməni soyqırımı” ilə bağlı yaydığı, dünyanın 9 xalqının dilinə tərcümə olunması tapşırılan müraciətində bildirib.

Ərdoğan vurğulayıb ki, adil bir insani və vicdani duruş, din və etnik mənşə güdmədən bu dövrdə yaşanmış bütün ağrıları anlamağı tələb edir.

“Osmanlı İmperatorluğu vətəndaşı hər kəs kimi ermənilərin də o dövrdə yaşadıqları ağrıların xatirələrini xatırlamalarını anlamaq və bölüşmək bir insanlıq vəzifəsidir. 1915 hadisələri ilə bağlı fərqli görüş və düşüncələrin sərbəst ifadə edilməsi; plüralist bir dünyagörüşünün, demokratiya mədəniyyətinin və müasirliyi gərəyidir. Türkiyədəki bu azad mühiti, günahlandırıcı, incidici, hətta bəzən təhrikedici ifadə və iddiaları səsləndirmək üçün vəsilə olaraq görənlər də tapıla bilər”.

Bununla belə, Ərdoğan xəbərdarlıq da edir:

“Lakin 1915-ci il hadisələrinin Türkiyə əleyhdarlığı üçün bir bəhanə olaraq istifadə edilməsi və siyasi qarşıdurma mövzusu halına gətirilməsi də qəbul edilə bilməz. Birinci Dünya Döyüşü əsnasında yaşanan hadisələr, hamımızın ortaq acısıdır. Bu ağrılı tarixə ədalətli yaddaş perspektivindən baxılması, insani və elmi bir məsuliyyətdir”.

Baş nazir hesab edir ki, həmin tarixdə baş verən hadisələr türklərlə ermənilər arasında münasibətlərin qurulmasına mane olmamalıdır.  

“Bu anlayışla biz Türkiyə Respublikası olaraq 1915 hadisələrinin elmi bir şəkildə araşdırılması üçün ortaq tarix komissiyası qurulması çağırışında etdik. Bu çağırış etibarlılığını qorumaqdadır. Türk, Erməni və beynəlxalq tarixçilərin edəcəyi iş, 1915 hadisələrinin açılmasında və tarixin doğru başa düşülməsində əhəmiyyətli bir rol oynayacaq. Bu çərçivədə arxivlərimizi bütün araşdırmaçıların istifadəsinə açdıq. Bu gün arxivlərimiz olan yüz minlərlə sənəd, bütün tarixçilərin xidmətinə təqdim olunur.

Türkiyə gələcəyə inamla baxan bir ölkə olaraq tarixin də doğru başa düşülməsi üçün elmi və əhatəli işləri hər zaman dəstəkləmişdir. Etnik və dini mənşəyi nə olursa olsun yüzlərlə il bir yerdə yaşamış , sənətdən diplomatiyaya , dövlət idarəsindən ticarətə qədər hər sahədə ortaq dəyərlər çıxarmış Anadolu insanları, yeni bir gələcək inşa edə biləcək imkan və qabiliyyətlərə bu gün də malikdir.

Qədim və bənzərsiz bir coğrafiyanın bənzər ənənə və adətləri sahib xalqlarının , keçmişlərini yetkinliklə konuşabileceklerini , itkinlərini özlərinə yaraşar üsullarla və birlikdə anacaklarına dair ümid və inancla , 20. əsrin başındakı şərtlərdə həyatlarını itirən ermənilərin dinclik içində yatmalarını diləyir , nəvələrinə başsağlığı çatdırırıq. Eyni dövrdə bənzər şərtlərdə həyatını itirən, etnik və dini mənşəyi nə olursa olsun bütün Osmanlı vətəndaşlarını da rəhmətlə və hörmətlə xatırla

 

/Oxu.az/