ABŞ Somalidə hərbi əməliyyat keçirib…
ABŞ Somalidə hərbi əməliyyat keçirib.
Pentaqon hava zərbəsi nəticəsində “Əş-Şəbab” terror qruplaşmasının təsisçisi Əhməd Qodanın öldürüldüyünü bəyan edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Pentaqonun rəsmi açıqlamasında belə deyilir.
“Əş-Şəbab”ın təsisçilərindən biri Əhməd Qodanın məhv edildiyi barədə məlumatı təsdiqləyirik”, – Pentaqonun mətbuat xidmətinin bəyanatında deyilir.
Sentyabrın 2-də ABŞ-ın Somalidə “Əş-Şəbab” qruplaşmasına qarşı hərbi əməliyyat keçirməsi barədə məlumat yayılmışdı.