“Bu gün Ermənistanda lavaş bişirilir.”…
“Bu gün Ermənistanda lavaş bişirilir.”
Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz.
Oxu.Az APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, lavaş bütün regiona məxsusdur: “Reallıq odur ki, bu gün Ermənistanda lavaş bişirilir. Amma lavaş həm də Azərbaycanda və Türkiyədə bişirilir. Lavaşın hər hansı bir millətə aid olmasından söhbət gedə bilməz. UNESCO-ya Ermənistan tərəfindən təqdim edilən müraciətdə lavaş erməni çörəyi kimi qələmə verilib. Lakin bu məsələ ilə bağlı həqiqət öz yerini tapıb. UNESCO-nun verdiyi qərara əsasən lavaş bütün regionda hazırlanır, ermənilərin eksklüziv çörəyi deyil”.