Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin nəzərinə

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tərəfindən verilmiş elanlarda qeyd olunduğu kimi Koronavirus infeksiyasının (COVİD-19) yayılması nəticəsində yaranmış vəziyyət nəzərə alınaraq ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 16 mart-30 aprel tarixləri aralığında bitən ( və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilmişdir.

Tərəfimizdən olma müddəti 16 martdan 31 mart 2020-ci il tarixədək şəxslərin müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərarlar artıq qəbul edilmişdir. Müvəqqəti olma müddəti 30 aprel 2020-ci il tarixinədək olan şəxslərlə bağlı isə Dövlət  Miqrasiya Xidməti tərəfindən mərhələli qaydada qərarlar qəbul olunacaqdır. Bununla bağlı məlumatlar qısa müddət ərzində  Dövlət  Miqrasiya Xidmətinin rəsmi internet saytında yerləşdiriləcək.

Bir daha qeyd edirik ki, qəbul edilmiş qərarlar əsasında əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız dövlət rüsumunu ödədikdən sonra ölkədə qalmaq hüququ əldə etmiş olur (rüsumlarla bağlı ödəniş nömrələri isə artıq internet saytmızda (https://eservice.migration.gov.az/public/payments-search ) yerləşdirilmişdir).

Dövlət  Miqrasiya Xidməti