Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir…
Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması Türkiyə hökuməti üçün strateji məsələdir. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkə parlamentində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasından sonra Türkiyə Ankara və Yerevan arasında münasibətlərin normallaşması üçün addımlar atacaq.
Türkiyənin Baş naziri Ermənistanı tarixi hadisələrin girovu olmamağa, həmçinin ikitərəfli münasibətlərin normallaşması üzrə Ankaranın təkliflərini rədd etməməyə çağırıb.
/trend/