Əli Həsənov: Dağlıq Qarabağ məsələsi ilə bağlı zaman Azərbaycanın xeyrinə işləyir

Dağlıq Qarabağ məsələsi ilə bağlı zaman Azərbaycanın xeyrinə işləyir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin birgə təşkil etdiyi “Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu ” mövzusunda seminarda çıxışı zamanı deyib…

Dağlıq Qarabağ məsələsi ilə bağlı zaman Azərbaycanın xeyrinə işləyir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin birgə təşkil etdiyi “Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu ” mövzusunda seminarda çıxışı zamanı deyib.

PA rəsmisi bildirib ki, Azərbaycan güclənir, Ermənistan isə gündən-günə zəifləyir və insanlar buranı tərk edir: “Belə getsə, orada ancaq 1 milyon insan qalacaq. Qalanlar isə yaşlı, xəstə, ölkəni tərk edə bilməyənlərdir. Faktiki olaraq, bu ölkənin bütün resursları tükənib. Bir qrup separatçı Dağlıq Qarabağ münaqişəsi ətrafında özünün biznesini qurub “.

Həsənov qeyd edib ki, Dağlıq Qarabağ ərazisindən narkotiklərin becərilməsi, daşınması və digər qeyri-qanuni əməllər üçün istifadə olunur: “Bununla uzağa getmək olmaz. Gec-tez Azərbaycan Dağlıq Qarabağı bu separatçıların əlindən azad edəcək. Əlbəttə, biz separatçıları oradan çıxardacağıq, orada doğulub yaşayanlar isə orada yaşamağa davam edəcəklər. Amma biz erməni separatçı rejiminin Dağlıq Qarabağda qalmasının və Ermənistanın bu rejimi dəstəkləməsinin qarşısını alacağıq. Bu mütləq olacaq. Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri ermənilərin resurs imkanlarını bir qarış da artırmayıb. Əksinə, rejimi qoruyacaq erməni tapmaq müşkül olub. Rusların köhnəlmiş tanklarını, texnikasını bir azdan saxlamaq mümkün olmayacaq “.

PA rəsmisinin sözlərinə görə, əgər Ermənistan Azərbaycanın layihələrindən bəhrələnsəydi, hər il büdcəsinə milyon dollarlarla vəsait daxil olacaqdı: “Ona görə də biz nikbinik. Əgər indiki status-kvo səbrimizin tükənəcəyi həddən keçsə, başqa vasitələrə keçmək imkanımız da var və bundan istifadə edəcəyik “.

/Trend/