Ərdoğan: Azərbaycanın işğal edilmiş torpaqları azad edilməlidir

“Kimdən gəlirsə gəlsin, kimə yönəlirsə yönəlsin, hər cür təcavüzə qarşıyıq”…

“Kimdən gəlirsə gəlsin, kimə yönəlirsə yönəlsin, hər cür təcavüzə qarşıyıq”.

Türkiyə Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsinin tərəfdarıdır. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin payız sessiyasının açılışında çıxış edərkən deyib.

Onun sözlərinə əsasən, Türkiyə təcavüzün kimə yönəlməsindən asılı olmayaraq, regionda həmişə istənilən təcavüzə qarşıdır:

“Kimdən gəlirsə gəlsin, kimə yönəlirsə yönəlsin, hər cür təcavüzə qarşıyıq. Kipr məsələsində, Azərbaycan torpaqlarındakı işğalın sona çatdırılmasını, Ermənistanla əlaqələrdə və 1915-ci il hadisələri ilə bağlı tamamilə obyektiv və sülh mövqeyindən çıxış edirik”, deyə Ərdoğan bildirib

www.oxu.az