3 qurban, 2 azərbaycanlı cəllad və 43 il həbs

 Rusiyanın Krasnoyarsk şəhərində iki azərbaycanlının məhkəmə prosesi başa çatıb…

Rusiyanın Krasnoyarsk şəhərində iki azərbaycanlının məhkəmə prosesi başa çatıb.
 
Milli.Az RuNews24-ə istinadən bildirir ki, Krasnoyarsk diyar məhkəməsində iş adamı Rafiq Məmmədovun qətlində suçlanan şəxslər mühakimə olunublar.
R.Məmmədov 2009-cu ildə Krasnoyarskın həndəvərindəki “Solontsı ” bölgəsində yerləşən “Otdıx-1 ” bağçılıq cəmiyyətinin ərazisində güllələnmişdi.
İstintaq materiallarına görə, 2009-cu ilin aprelin 25-də Rafiq Məmmədovun idarə etdiyi Volkswagen Touareg ilə onun tanışlarının olduğu VAZ-2109 avtomobilləri atəşə tutulmuşdu.
 
Muzdlu qatillər “Kalaşnikov ” avtomatlarından açılan atəşlərlə maşınları az qala aşsüzənlərə döndərmişdilər.
Rafiq Məmmədov və onu müşayiət edən 3 nəfər aldıqları yaralardan həlak olublar.
 
Məhkəmədə bildirilib ki, R.Məmmədovu qətlə yetirənlərin dediklərinə görə, bu “edam “ın səbəbi azərbaycanlı biznesmenin “maliyyə öhdəliklərini yerinə yetirməməsi ” olub.
 
Məhkəmənin hökmü ilə Elmir Məmmədov 21, Tural Nəcəfov isə 22 il müddətinə azadlıqdan məhrum olunublar. Onlar cəzalarını ciddi rejimli islah-əmək koloniyasında çəkəcəklər.
 
Milli.Az