Trend. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə TDƏŞ katibliyinin rəhbəri Xəlil Akıncı Trend-ə eksklüziv müsahibəsində bildirib.
“TDƏŞ-in tərkibinə daxil olan bütün türkdilli dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönələn və dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına dair beynəlxalq normalara riayət olunmasına əsaslanan mövqeni dəstəkləyir “, – Türkiyənin Rusiyadakı keçmiş səfiri Akıncı bildirib.
TDƏŞ regional ümumtürk birliyidir və türk xalqlarının birliyinin möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun yaradılması haqqında saziş Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə imzalanıb…Trend.