“Şuşa yalnız hərb yolu ilə azad olunacaq”

ŞUŞANIN İŞĞALININ 20-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyində QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının, QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak edib. Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, 20 ildir Ermənistan ordusunun işğalı altında olan Şuşa şəhəri dağıdılıb. Oradakı maddi-mədəniyyət abidələri, qəbiristanlıqlar məhv edilib. Azərbaycan prezidentinin Şuşa şəhərinin işğalının 20-ci ildönümü münasibətilə imzaladığı sərəncamdan danışan B. Səfərov bu çərçivədə anım tədbirlərinin hazırlandığını vurğulayıb…ŞUŞANIN İŞĞALININ 20-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyində QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının, QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak edib. Tədbirdə çıxış edən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, 20 ildir Ermənistan ordusunun işğalı altında olan Şuşa şəhəri dağıdılıb. Oradakı maddi-mədəniyyət abidələri, qəbiristanlıqlar məhv edilib. Azərbaycan prezidentinin Şuşa şəhərinin işğalının 20-ci ildönümü münasibətilə imzaladığı sərəncamdan danışan B. Səfərov bu çərçivədə anım tədbirlərinin hazırlandığını vurğulayıb.
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə bildirib ki, Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar anım tədbirlərinin keçirilməsi barədə dövlət başçısının sərəncamı Şuşanın heç vaxt heç bir azərbaycanlı tərəfindən unudulmayacağını göstərir. Eyni zamanda bu, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və Ermənistana bir mesajdır: “Artıq 10 ildir yeni nəsil Şuşasız böyüyür. Bu dövrdə beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğalına laqeyd münasibət göstəriblər. Mənim fikrimcə, Şuşa yalnız hərb yolu ilə azad olunacaq”. Tədbirdə daha sonra deputat Qənirə Paşayevanın müəllifi olduğu, Şuşaya həsr olunmuş film nümayiş etdirilib. Yekunda Azərbaycan QHT-lərinin beynəlxalq ictimaiyyətə müraciəti qəbul olunub.

525 ci qəzet.