Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanadakı görüşü başa çatıb…
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Vyanadakı görüşü başa çatıb. Trend-in məlumatına görə, dövlət başçıları mətbuata açıqlama vermədən “Palais Coburg ” hotelinin binasını tərk ediblər. Ölkələrdən birinin nümayəndə heyətindəki mənbə RİA Novosti-yə bildirib ki, görüşün yekunu üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatı gözlənilir.
Bu, son iki il ərzində prezidentlərin ilk görüşüdür.
Qeyd edək ki, noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Avstriyaya işgüzar səfərə gəlib. /Trend/