Qazaxıstan parlamentinin nümayəndə heyətinin Bakıya səfəri zamanı parlamentlərarası əməkdaşlıq haqqında saziş imzalanacaq…
Qazaxıstan parlamentinin nümayəndə heyətinin Bakıya səfəri zamanı parlamentlərarası əməkdaşlıq haqqında saziş imzalanacaq.
APA-nın “Kazinform”a istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın Mərkəzi kommunikasiyalar Xidmətinin nümayəndəsi Altay Abdullayev deyib.
Xatırladaq ki, fevralın 20-21-də Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin rəhbərlik edəcəyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
/Apa/