Azərbaycanda üç sələfi həyat yoldaşları ilə Suriyaya getdi

Onlardan Rəşad adlı biri peşəkar güləşçidir…

Onlardan Rəşad adlı biri peşəkar güləşçidir.

İsmayıllı rayonundan olan 5 nəfər şəxs Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a rayon sakinləri məlumat veriblər. 

Bildirilir ki, 3 sələfi etiqadlı yerli sakin həyat yoldaşı və uşaqları ilə birlikdə Suriyadakı döyüşlərdə iştirak etmək üçün gediblər. 

Suriyaya döyüşməyə gedən Rəşad adlı mücahidin dəfələrə Respublika Çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçi olduğu deyilir.

Sakinlərin sözlərinə görə, onların Suriyaya getmələrindən ailələri sonradan xəbər tutublar. 

www.oxu.az