UNİCEF ermənilər tərəfindən girov götürülmüş 15 yaşlı azərbaycanlıdan danışdı

“Göstərilən səylər nəticə verəcək”…

“Göstərilən səylər nəticə verəcək”.

UNİCEF-in Bakı nümayəndəliyi 15 yaşlı Azərbaycan vətəndaşı, Tərtər rayon sakini Cavid Məmmədovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, nümayəndəlikdən APA-ya bildirilənə görə, UNİCEF bütün dünyada uşaqlara qarşı zorakılığın əleyhinədir.
 
Beynəlxalq təşkilat sözügedən məsələdə də uşaq hüquqlarının və beynəlxalq konvensiyaların əsas tutulmasını vacib hesab edir:

“Lakin UNİCEF bu işə cəlb olunmayıb. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Cavid Məmmədovun məsələsi ilə məşğul olur və bu istiqamətdə göstərilən səylər nəticə verəcək”.

www.oxu.az