Onlar cərimə və ya azadlıqdan məhrum edilməklə cəzalandırılacaqlar…
Onlar cərimə və ya azadlıqdan məhrum edilməklə cəzalandırılacaqlar.
Yunanıstan parlamenti 20-ci əsrin əvvəlində Osmanlı Türkiyəsində ermənilərin və pontiya yunanlarının “soyqırımı”nı inkar edənlərə qarşı cəza nəzərdə tutan bəyanat qəbul edib.
Oxu.Az Haqqin.az-a istinadən xəbər verir ki, “Ksenofobiya ilə mübarizə” adı ilə təqdim edilən 6 bənddən ibarət sənəd, səsverənlərin 54-ü “lehinə”, 42-si “əleyhinə” və 3-ü “bitərəf” olmaqla təsdiqlənib. Qanunu pozanları yüklü məbləğdə cərimə və ya azadlıqdan məhrum etmə gözləyir.
Beləliklə, Yunanıstan İsveçrə və Slovakiyadan sonra “erməni soyqırımı”nı kriminallaşdıran üçüncü ölkə oldu.