Milli Qəhrəman Fərhad Hümbətov – 46

Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib…

Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib.

Bu gün Milli Qəhrəman Fərhad Hümbətovun doğum günüdü.

Oxu.Az xəbər verir ki, Fərhad Qənbər oğlu Hümbətov 1968-ci il sentyabrın 10-da Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olub. 

O, 1991-ci ilin oktyabr ayında könüllü olaraq cəbhəyə gedib, Şıx batalyonunun tərkibində Şuşa, Kosalar, Xankəndi və digər istiqamətlərdə rəşadətlə vuruşub. Düşmənin 5 döyüş mövqeyinin dağıdılmasında xüsusi xidmət göstərib. 

1992-ci il martın 29-da Kosalar kəndində keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olub. Ona 1992-ci il iyunun 7-də Milli Qəhrəman adı verilib. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. 

Bakının Binəqədi rayonunda adına park salınıb, büstü qoyulub.

www.oxu.az