Ukrayna XİN jurnalistləri Azərbaycana hörmət etməyə çağırdı

“Bu, özəl kanaldır”…

“Bu, özəl kanaldır”.

Ukrayna XİN jurnalistləri idarənin tövsiyələrinə qulaq asmağa və Dağlıq Qarabağa giriş üçün Azərbaycan tərəfinin qaydalarına riayət etməyə çağırıb.

Oxu.Az Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN mətbuat katibi Yevgeni Perebiynis Ukrinform-a Azərbaycanın Ukraynadakı səfirliyinin “1+1” kanalının yayımladığı “15 respublika” verilişinə görə Ukrayna XİN-ə göndərdiyi notası ilə əlaqədar şərhdə bildirib.

“Bizim saytımızda xüsusi tövsiyələr var, bu tövsiyələrdə dəqiq yazılıb ki, həmin regionlara səfər etmək üçün (proqramda – Red.) müvafiq Azərbaycan orqanlarının razılığı lazımdır. Və biz hər zaman bütün jurnalistləri bu normalara dəqiq riayət etməyə çağırırıq”, – Perebiynis deyib.

O qeyd edib ki, jurnalistlər tərəfindən Azərbaycan Respublikasının qaydaları pozulub, eləcə də Ukrayna XİN-in tövsiyələri dinlənilməyib.

“Bu, özəl kanaldır, biz özəl kanallarla direktiv verə bilmərik. Amma istənilən halda bütün jurnalistləri bu normalara riayət etməyə çağırırıq. Təbii ki, bizim öz mövqeyimiz kanalın rəhbərliyinə çatdırılacaq”, – XİN nümayəndəsi əlavə edib.

www.oxu.az