Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Fazi iqtisadiyyat laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov İspaniyanın Barselona şəhərində “Miqrasiya” mövzusunda keçirilən XV beynəlxalq seminarda “Emiqrasiya faktorlarının qiymətləndirilməsinin qeyri-səlis modelləri” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Qorxmaz İmanov iclasın IV sessiyasında aparılan müzakirələrin moderatoru olub. O, həmçinin müxtəlif ölkələrin alimləri ilə görüşdə gələcək tədqiqatların istiqamətləri barədə söhbətlər aparıb.
AZƏRTAC