“Ermənistan XİN-in bu ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli həllinə əsaslanan danışıqlar aparmadığını iddia edən açıqlaması, hətta bu bəyənatın yerli ictimaiyyəti sakitləşdirmək üçün verildiyi aydın olsa belə, çox gülüncdür. Ermənistan XİN-in dürüst şəkildə öz əhalisini münaqişənin həlli üzrə aparılan sülh prosesi barədə məlumatlandırması daha doğru olardı”.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilib ki, 2018-ci ildə bu ölkədə hakimiyyət dəyişikliyi baş verəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində sonuncu 21 aprel tarixli video-konfrans da daxil olmaqla 10 görüş keçirilib: “Ermənistan XİN-in məntiqi ilə belə çıxır ki, iki ölkə naziri, eləcə də 3 ölkənin həmsədrləri, eləcə də xarici işlər nazirlərinin heç bir işi yoxmuş kimi birgə vaxt keçirib söhbətləşmək üçün görüşüblər?!
APA