ABŞ Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır – dövlət katibinin müavini

ABŞ beynəlxalq hüquq və Helsinki prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Bakıda ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq deyib.

“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişin olacağına ümid edirik və hesab edirik ki, bu məsələdə irəliləyişə nail olmaq hər iki ölkənin marağındadır “, – Steynberq qeyd edib…ABŞ beynəlxalq hüquq və Helsinki prinsipləri əsasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə Bakıda ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq deyib.
“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişin olacağına ümid edirik və hesab edirik ki, bu məsələdə irəliləyişə nail olmaq hər iki ölkənin marağındadır “, – Steynberq qeyd edib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevin fikrini öyrənməyi və bizim ümumi səylərlə bu prosesi necə irəliyə apara biləcəyimizi öyrənməyi planlaşdırıram “, – Steynberq bildirib.
Diplomatın sözlərinə görə, münaqişənin diplomatik yolla nizamlanmasını saxlamaq çox mühüm əhəmiyyət kəsb edir, belə ki, bu, bütün region ölkələrinin marağındadır.
“Biz bu prosesin irəliyə getməsinə güclü töhfə vermək istəyirik “, – ABŞ dövlət katibinin birinci müavini bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
“Biz sülh yolu ilə nizamlanmanın olacağı halda, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin potensial faydasını və münaqişənin eskalasiyası riskini nəzərə alaraq, son illər qarşılaşdığımız çətinliklərdən narahatıq “, – Steynberq vurğulayıb.
“Ermənistan Prezidenti Serj Sarkisyanla görüşdə xüsusi qeyd edilənlər üçün əlimizdən gələni etmək bizim marağımızdadır “, – o qeyd edib.
Steynberq bildirib ki, tərəflər ümumi fikrə gəlmək üçün müsbət şəraitdə görüşməlidirlər. Bu, münaqişənin bütün tərəflərinin marağına daxildir.
“Şübhə olmamalıdır ki, tərəflər bu istiqamətdə səylərini davam etdirəcəklər “, – o əlavə edib.
Steynberq Bakıya Tbilisidən gəlib, buna qədər isə Yerevanda olub.
Regiona səfərində Steynberqi dövlət katibinin köməkçisi Filip Qordon müşayiət edir.
ABŞ-ın yüksəkvəzifəli dövlət məmurları 2010-cu ilin yayında Azərbaycana səfər ediblər. O vaxt Bakıya Pentaqonun rəhbəri Robert Geyts və ABŞ dövlət katibi Hillari Klinton gəlmişdi.
2010-cu ilin dekabrında ilyarımlıq fasilədən sonra Prezident Barak Obama Metyu Brayzanı ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyin edib.
ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdır. Lakin Konqres sessiyalararası tətildə olarsa, prezident təkbaşına kadr təyinatları edə bilər.

Trend.