Rusiya və ABŞ dövlət başçıları bu gün baş vermiş telefon danışıqları çərçivəsində regional və beynəlxalq problemlərin həllinə kömək məqsədi ilə ikitərəfli koordinasiya suallarını müzakirə ediblər. Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, “ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərin başçıları olaraq, Dmitri Medvedev və Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həllinin hazırki vəziyyəti haqqında fikirləri mübadiləsi aparıblar. “
Rusiyalı həmkarın bu istiqamətdə atdığı addımları, və həmçinin, bu yaxınlarda Kazanda Azərbaycan və Ermənistan liderləri ilə keçirmiş görüşü ABŞ prezidenti tərəfindən yüksək qiymətləndirilib. Bundan əlavə, tərəflərin gələcəkdə də Bakı və Yerevanın problemin sülh yolu ilə həllinin axtarışlarında yardımçı olmaq məqsədi ilə birgə addımların atılmasına niyyətli olduğları qeyd olunub… Trend.