ABŞ Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqindən çəkinməyə çağırıb

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə iş aparılması siyasətinə əvvəlki tək sadiqdir”. Dövlət Departamentinin mətbuat katibinin müavini Patrik Ventrell keçirdiyi brifinqdə səsləndirib…

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə iş aparılması siyasətinə əvvəlki tək sadiqdir”. Dövlət Departamentinin mətbuat katibinin müavini Patrik Ventrell keçirdiyi brifinqdə səsləndirib.

“Hesab edirik ki, güc tətbiqi münaqişəni həll etməyəcək və bütün tərəfləri güc tətbiqindən və yaxud güc tətbiqi ilə hədələməkdən çəkinməyə çağırırıq”.