ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Xocalı faciəsi ilə bağlı bəyanat yayıb

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ed Pastor Xocalı faciəsi ilə bağlı bəyanat yayıb. bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Pastor, Xocalı faciəsini Ermənistan-Azərbaycan müharibəsinin ən faciəvi hadisəsi olduğunu, yüzlərlə insanın həlak olması, ailələrin məhv edilməsi və şəhərin dağıdılması ilə nəticələndiyini bildirmişdir…

 

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ed Pastor Xocalı faciəsi ilə bağlı bəyanat yayıb. bu barədə Trend-ə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Pastor, Xocalı faciəsini Ermənistan-Azərbaycan müharibəsinin ən faciəvi hadisəsi olduğunu, yüzlərlə insanın həlak olması, ailələrin məhv edilməsi və şəhərin dağıdılması ilə nəticələndiyini bildirmişdir.

Konqresmen Ermənistan və Azərbaycan arasında 1994-cü ildə atəşkəs imzalanmasına baxmayaraq, münaqişənin davam etdiyini və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hələ də erməni gücləri tərəfindən işğal altında saxlandığını bəyan etmişdir.

Konqresmen Pastor Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının bütün Cənubi Qafqaz regionunun təhlükəsizliyini və iqtisadi yüksəlişini təmin edəcəyini vurğulamışdır.

/Trend/