ABŞ səfiri: ATƏT-in Minsk qrupu gücləndirilməlidir

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hesab edir ki, ATƏT-in Minsk qrupu gücləndirilməlidir. “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. Biz bilirik ki, mövcud status-kvo, ölkənin ərazi hissəsinin işğalı yolverilməzdir “, – səfir “Gələcəyə baxış ” Azərbaycan-ABŞ Forumunun yekun sessiyasında çıxış edərək çərşənbə günü deyib…

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar hesab edir ki, ATƏT-in Minsk qrupu gücləndirilməlidir. “ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. Biz bilirik ki, mövcud status-kvo, ölkənin ərazi hissəsinin işğalı yolverilməzdir “, – səfir “Gələcəyə baxış ” Azərbaycan-ABŞ Forumunun yekun sessiyasında çıxış edərək çərşənbə günü deyib.

“Azərbaycanda səfir oladuğum doqquz ay ərzində mən dərk etdim ki, Dağlıq Qarabağ münaqişəsi bütün Azərbaycan xalqını birləşdirir və bu münaqişənin faciələri bütün millətin faciələridir “, – Morninqstar qeyd edib.

Diplomatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri özləri məsələnin nizama salınmasına nail ola bilməyəcəklər.

“Mənim fikrimcə, gündəliyə ATƏT-in Minsk qrupun gücləndirilməsi məsələsi qoyulmalıdır. Bu münaqişənin ölkə-iştirakçılarından hər biri təşəbbüskar etibarlı addımlar atmalıdır. O şəraitdə ki, xalqlar sülh əldə etmək üçün bu və ya digər güzəştlərə hazır deyilsə, sülh əldə olunmayacaq “, – səfir qeyd edib.

Morninqstarın fikrincə, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin prosesdə iştirakı çox əhəmiyyətli olardı.

“Minsk qrupundan başqa, “ikinci eşelonun diplomatiyası ” adlandırılan beynəlxalq və yerli qeyri hökumət təşkilatları sülhün əldə olunmasına öz töhfəsini verməlidir “, – ABŞ-ın Azərbaycandakı səfiri əlavə edib.

/Trend/