Afrikaya daha bir bəla gəldi: 40 nəfər ölüb

Ümümdünya Səhiyə Təşkilatı həyəcn təbili çalır…

Ümümdünya Səhiyə Təşkilatı həyəcn təbili çalır.

Madaqaskarda taun xəstəliyinin geniş vüsət alması nəticəsində artıq 40 nəfər ölüb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Madaqaskarda ümümilikdə 119 nəfər bu xəstəliyə yoluxub. Bu haqda Ümümdünya Səhiyə Təşkilatı xəbər verib.

Təşkilatda hesab edirlər ki, infeksiyanın sürətli yayılmasının riski artıqdır. Xəstəlik və bir ölüm hadisəsi paytaxt Antananarivuda qeydə alınıb. Qeyd edilir ki, şəhərdə “əhalinin yüksək sıxlığı və səhiyyənin zəif sistemi” tauna geniş yol açır.

Ümümdünya səhiyə təşkilatı ölkələrə Madaqaskara səfərlər və ya ticarət üzrə məhdudiyyətləri daxil etməyi məsləhət görməyə başlamayıb.

www.oxu.az