Ağ Ev: İranla razılaşma dərhal sanksiyaların aradan qaldırılmasına gətirib çıxarmayacaq

“Hələ ki, razılıq əldə edilməyib…”…

“Hələ ki, razılıq əldə edilməyib…”

İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsi bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların dərhal aradan qaldırılmasına gətirib çıxarmayacaq.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib. 

“Hələ ki, razılıq əldə edilməyib, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İran ilə danışıqları davam etdirir. Razılaşma baş tutsa belə, onun şərtlərinin icra edilməsi və yoxlanılması üçün vaxt tələb olunacaq. İranın razılaşmaya əməl etməsi təsdiqləndiyi halda, ABŞ sanksiyaları ləğv edə bilər”, deyə Ernest bildirib. 

www.oxu.az