Ağdam rayonunda 500 aztəminatlı ailəyə ərzaq yardımı edilib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkəmizin hər yerində həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyaları davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunda keçirilən növbəti aksiyada sosial dəstəyə ehtiyacı olan 500 ailəyə ərzaq yardımı edilib. Xeyirxah aksiyadan Quzanlı qəsəbəsində, rayonun kəndlərində və məcburi köçkün qələbələrində yaşayan tənha, ahıl şəxslər və aztəminatlı ailələr yararlanıb. Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC