“Ağıllı sərhəd” layihəsinin tətbiqinə başlanılacağı tarix açıqlanıb

“Azərbaycanda “Ağıllı sərhəd” layihəsinin tətbiqinə iyunun 1-dən başlanılması gözlənilir”.

Bunu “Report”a  Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev məlumat verib.

Onun sözlərinə görə, sözügedən layihə böyükdür və bir neçə komponentləri var: “Məqsəd – sərnişinlərin sürətli keçidini təmin etməkdir”.

İ.Babayev vurğulayıb ki, bu, elektron növbə sistemi əsasında həyata keçiriləcək: “Belə ki, hava limanında tətbiq edilən keçidlərin hamısı quru sərhəddə də olacaq”.

O, “Ağıllı sərhəd” layihəsinin həm ödənişli, həm də ödənişsiz ola biləcəyini qeyd edib: “Bu işlər üçün quru sərhədlərimizdə bütün infrastruktur yaradılıb. Hazırda sözügedən infrastrukturun təkmilləşdirilməsi işləri gedir. Sərhəddə hazırda avtomobil 4-5 dəqiqəyə keçilirdisə, elektron sistemdə dayanmadan keçid təmin ediləcək. Əvvəlcədən həm mobil telefon, həm də kompüter vasitəsilə bizim saytımızın üzərindən nömrə götürələcək”.

Report