“Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər”…
“Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər”.
Avropa Birliyinin (AB) enerji təhlükəsizliyi üzrə komissarı Günter Ottinger Azərbaycan, Norveç və Əlcəzairi gələcəkdə Avropanın qaz bazarında daha böyük rol oynaya biləcək ölkələr adlandırıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Welt am Sonntag” nəşrinə müsahibəsində G.Ottinger həmçinin Avropa Birliyi ölkələrini Rusiya ilə enerji sahəsində əməkdaşlığını azaltmaqdan çəkindirib, bununla belə enerji daşıyıcılarının diversifikasiyası yollarını axtarmağa çağırıb.
Avropa Birliyinin komissarı qeyd edib ki, Avropa Ukraynaya qaza görə yığılmış borcu Rusiyaya qaytarmaq üçün kömək etməlidir. Əks halda Rusiya ilə Qərb arasında yeni qaz müharibəsi başlaya bilər.
“Hazırda mümkün qaz böhranından qaçılmalıdır və qış ayları üçün enerji təhlükəsizliyini təmin etmək lazımdır. Biz Ukraynaya 2 milyard dollar borcu ödəmək üçün kömək etməsək, Rusiya bu ölkəyə daha qaz nəql etməyəcək”, – deyə o vurğulayıb.
Ukraynanın önəmli tranzit ölkəsi olduğunu xatırladan G.Ottinger Almaniyaya da toxuna biləcək çətin nəzarət oluna biləcək prosesin başlayacağını istisna etməyib.