Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma mövzusuna da toxunulub…
Azərbaycan torpaqlarında qanunsuz məskunlaşma mövzusuna da toxunulub.
Almaniya Bundestaqında Die Linkenin rəhbərlik etdiyi kommunist fraksiyası Federal Hökumətdən Dağlıq Qarabağ münaqişəsini nizama salmasını və Almaniyanın bu prosesdə hansı rol oynadığı və nə iş görə biləcəyi ilə bağlı ətraflı hesabat tələb edir, Oxu.Az bu barədə “Vestnik Kafqaza” istinadən xəbər verir.
Sorğuda BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq, Dağlıq Qarabağın bütün beynəlxalq sənədlərdə Azərbaycan Respublikasının ayrılmaz hissəsi kimi tanınması və qəbul olunması, Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayonun da işğalçılar tərəfindən tutulması göstərilir.
Die Linke fraksiyası, Rusiyanın həm Ermənistan, həm də Azərbaycan ilə intensiv münasibət saxladığı üçün, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması prosesində Moskvanın istisna rolunu qeyd edir. “Azərbaycan ilə Rusiya son illərdə iqtisadi və siyasi əlaqələrini genişləndirib. Eləcə də hər iki dövlət Dağıstan ərazisinə xaricdən silahlı qiyamçıların daxil olmasının qarşısını almaq üçün sərhədlərin qarşılıqlı qorunması məsələsinə dair sıx əməkdaşlıq edirlər”, – məktubda deyilir.
“2011-ci ildə Birləşməmək hərəkatına qoşulan Azərbaycan Gürcüstandan fərqli olaraq NATO üzvlüyündə maraqlı deyil. Bu fonda Rusiya münaqişə tərəflərinin maraqları arasında tarazlıq axtarmağa və münaqişəni beynəlxalq hüquq normalarına müvafiq olaraq həll etməyə səy göstərməyə başladı”, – Die Linke fraksiyasında belə hesab edirlər. Moskvanın xüsusi statusu və münaqişə tərəflərinə təsirinin nümunəsi olaraq alman parlamentariləri erməni və Azərbaycan qoşunlarının təmas xəttində bu il avqust ayında kəskinləşmiş vəziyyəti misal göstərirlər: “Rusiyanın təşəbbüsü ilə baş tutmuş Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün məqsədi cəbhə xəttində vəziyyətin sabitləşməsi və gələcəkdə baş verəcək hərbi qarşıdurmanın aradan qaldırılması idi”. Bunu nəzərə alaraq, alman kommunistləri, AFR hakimiyyətindən, Almaniyanın ATƏT-in Minsk qrupunun üzvü olduğu halda, Rusiyanın Dağlıq Qarabağ münaqişəsində sülhməramlı səylərini nə dərəcədə dəstəklədiyi ilə maraqlanıblar.
Ümumiyyətlə, hökumətə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı 40 sual ünvanlanıb. Suallar arasında 2011-ci ildə mart ayının 8-də cəbhə xəttində yerləşən Orta Qarvənd kənd sakini səkkiz yaşlı azərbaycanlı oğlan Fariz Bədəlovun qətlinin istintaq nəticələri ilə də maraqlanıblar. Bundan başqa sorğuda işğal edilmiş ərazilərdə ermənilərin qanunsuz yerləşdirilməsi, Dağlıq Qarabağda tanınmamış de-fakto rejimində aeroportun açılması, eləcə də ABŞ tərəfindən Qarabağ rejiminin birbaşa maliyyələşdirilməsi məsələlərinə toxunulub.
Almaniya qanunvericiliyinə görə, hökumət 14 gün ərzində parlament üzvlərinin sorğusuna cavab verməlidir. Lakin fraksiya üzvləri sorğunun ciddiliyini nəzərə alaraq cavab müddətinin uzadılması ilə razılaşıblar. “Vestnik Kafqaza” isə öz növbəsində bu sorğuya AFR hakimiyyətinin verdiyi cavab barədə oxuculara informasiya təqdim edəcək.