Amerikalı ekspert ehtimal olunan müharibədən danışdı

“Rusiya ilə Türkiyənin Qarabağ uğrunda mübarizəyə qalxacaqları inandırıcı deyil”…

“Rusiya ilə Türkiyənin Qarabağ uğrunda mübarizəyə qalxacaqları inandırıcı deyil”.

 

Əgər Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayarsa, bu, 90-cı illərdə Qarabağda gedən müharibədən fərqlənəcək.

 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Amerika Xarici Siyasət Şurasının eksperti Ueyn Meri Amerikanın Səsinə müsahibəsində deyib.

 

Ekspert müharibənin texnologiyanın son nailiyyəti olan silahlarla aparılacağını bildirib:

 

“Tərəflər bir-birlərinə uzaqdan zərbələr endirəcəklər. Ancaq hər iki tərəf yerüstü əməliyyatlara başlamayana qədər bu əməliyyat həlledici olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli üçün sərt əməliyyatlar aparmaq lazımdır. Hər iki tərəf təmas xəttini keçərək bir-birinin ərazisini tutmağa cəhd edəcək, çoxlu insan itkisi olacaq. Ancaq mən inanmıram ki, bu münaqişənin siyasi yolla həllinə gətirib çıxaracaq”.

 

Ueyn Meri deyib ki, hərbi əməliyyatlar hər iki tərəf üçün də böyük məğlubiyyətlə nəticələnə bilər.

 

Ermənistanın rəsmi Moskva, Azərbaycanın isə rəsmi Ankaraya ümid bəsləməsinə gəlincə ekspert Rusiya ilə Türkiyənin Qarabağ uğrunda mübarizəyə qalxacaqlarına inanmadığını bildirib.

 

/oxu.az/