Amerikalı həmsədr ATƏT-in Daimi Şurasının iclası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanada ATƏT-in Daimi Şurasının iclasında iştirak edəcək…

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vyanada ATƏT-in Daimi Şurasının iclasında iştirak edəcək. APA-nın xəbərinə görə, C. Uorlik özünün “Twitter” səhifəsində Daimi Şuranın iclası çərçivəsində ABŞ-ın ATƏT-dəki nümayəndəsi Daniel Baer və digər şəxslərlə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəyini söyləyib.

 

Qeyd edək ki, ATƏT Daimi Şurasının toplantıları həftəlik keçirilir. Daimi Şura təşkilatın qərar qəbul edən və müntəzəm məsləhətləşmələr həyata keçirən əsas strukturlarından biridir. /APA/