Amerikalı həmsədr Londonda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparır

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycana səfəri başa çatıb. APA-nın xəbərinə görə, amerikalı diplomat Londona yollanıb və orada Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirəcək. C. Uorlik bu barədə özünün “Twitter” səhifəsində yazıb…

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycana səfəri başa çatıb. APA-nın xəbərinə görə, amerikalı diplomat Londona yollanıb və orada Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları davam etdirəcək. C. Uorlik bu barədə özünün “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, C. Uorlik Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Onun digər həmsədrlərlə müzakirələri davam etdirəcəyi gözlənilir. Həmsədrlər noyabrın ilk həftəsində bölgəyə növbəti səfər etməyi planlaşdırır.

/APA/